Möminlərə qarşı təvazökar, inkar edənlərə qarşı sərt və amansız olmaq
Sadə və təvazökar olmaq Quranda Allahın təriflədiyi bir davranışdır. Təvazökar mömin başqa möminlərə əminlik və şövq verir. Həqiqi mənada təvazökarlıq insanın sahib olduğu bütün xüsusiyyətlərə görə Allaha borclu olduğunu bilməsi, Allahdan başqa heç bir qüvvənin olmadığını qəbul etməsi ilə mümkündür. Bu düşüncəyə malik olan insan nə qədər gözəl, bacarıqlı, zəngin, ağıllı və ya qüvvətli olursa-olsun, bütün bunları Allahın verdiyi müvəqqəti xüsusiyyətlər olduğunu, bunların imtahan vasitəsi və saleh əməl üçün bir fürsət olduğunu bilir. Sahib olduğu heç bir xüsusiyyət onun təkəbbürünə, lovğalanmasına səbəb ola bilməz. Onun bu yüksək əxlaqı Allahın ruhunu daşıyan, Onun yer üzündəki xəlifəsi olan möminlərə qarşı hörmət və təvazökarlıq formasında əks olunur. Bu əxlaqa malik olan möminlər ayələrdə mədh edilmiş və müjdələnmişdir:
Yuxarıdakı ayələrdən də aydın olduğu kimi, mülayim və təvazökar rəftar görəcək insanlar yalnız möminlərdir. Cahil insanlara qarşı davranış isə bunun tam əksi olacaq. Çünki iman gətirməyənlər Allaha üsyan etmiş, Allaha, Onun elçisinə və möminlərə qarşı müharibə elan etmişlər. Möminlərin Quranda yer üzündəki varlıqların ən aşağısı kimi göstərilən və Allaha üsyan edən bu insanlarla necə davranacaqları belə izah edilmişdir:
Möminlərin bu xüsusiyyəti başqa bir ayədə belə ifadə edilmişdir:
Allah Quranda müsəlmanlara yaxın və dost olaraq Allaha iman gətirənləri göstərmişdir. Həmçinin Allah müsəlmanların kafirlərə və münafiqlərə qarşı fikir mübarizəsi aparmalarını əmr etmişdir. Bu səbəbdən müsəlmanın münafiqə qarşı davranışı həmişə Quranda bildirilən şəkildə olur. İman gətirən insan öz davranışlarında yalnız Quranı rəhbər tutur.
Bir müsəlmanın digər müsəlmanlara hörmət və sevgi göstərməsi, həmçinin münafiq və dinsizlərə qarşı sərt və amansız davranması da bir ibadətdir. Qəlbində Allahın dininə kin bəsləyən və əlindəki imkanlardan gizli və açıq şəkildə müsəlmanların əleyhinə istifadə edən münafiqə sevgi və isti münasibət göstərmək həmin insanın dinə və Allaha qarşı olan kinli davranışına müəyyən mənada dəstək vermək və onu təsdiq etmək deməkdir.
Lakin qeyd etmək lazımdır ki, buradakı «sərt» və «amansız» sözlərindən yanlış məna çıxarılmamalıdır. Çünki burada nəzərdə tutulan sərtlik fiziki qüvvə ilə olan sərtlik deyil.
Buradakı amansızlığın mənası müsəlmanların öz dinlərinə bağlı və qətiyyətli olmaları səbəbi ilə münafiqlərin həvəsdən düşməsi və dinə qarşı mübarizə aparmaqdan geri çəkilmələridir.
Sərtlik isə münafiqlər və iman gətirməyənlərin müsəlmanlara qarşı açıq və ya gizli fəaliyyətini aşkar edərək mane olmaq, onların Allaha və dinə qarşı olan davranışları müqabilində ortaya açıq və cəsarətli bir davranış tərzi qoymaq, onlarla yaxın dost olmamaq mənasındadır.
Münafiqlərin ən çox qorxduqları insanlar təqva sahibi olan müsəlmanlardır. Allah Öz ayələrində münafiqlərin möminlərdən Allahdan qorxan kimi, hətta daha çox qorxduqlarını bildirir. Bu səbəbdən Allaha və müsəlmanlara düşmən olanların qəlbində qorxu yaradacaq bir imana sahib olmaq müsəlman üçün böyük bir ibadətdir.
Müsəlman olmayan, lakin din mövzusunda möminlərə qarşı mübarizə aparmayan insanlarla yaxşı yola getmək və ya dini əxlaqı yenicə mənimsəyən insanlarla gözəl rəftar etmək, gözəl danışmaq Quranda buyurulan hökmdür.