Dini əxlaqa uyğun yaşamaqda zəiflik göstərməmək və ləng davranmamaq
Bir möminin imanının gücü, səmimiyyəti və qətiyyəti onun Allah yolunda mübarizəsindən, İslama olan sevgisindən aydın olur. Onun bu mübarizədə göstərdiyi hərəkət və davranışları dini əxlaq mövzusunda zəif və ya şövqlü olmasını müəyyən edir.
Dində zəiflik göstərmək möminlər arasında imani cəhətdən tam olaraq yetişməmiş insanlara xas olan xüsusiyyətdir. Bu insanda zəiflik çətin anlarda geri çəkilmək, risk etməmək, nəfsinə bir zərər gəlməsindən çəkinmək, nəfsinin rahatlığını və mənfəətlərini dinin mənfəətlərindən üstün tutmaq şəklində ortaya çıxır. Çətinlik olmayan vaxtlarda isə özünü iman gətirməyənlərin və fitnənin varlığından narahat olmamaq, onlara tələ qurmaq və narahat etmək yönündə düşünüb tədbir görməmək, məsuliyyət daşımaqdan və nəfsini çətinliyə salmaqdan uzaq olmaq, hadisələr qarşısında passiv olmaq və onlara təsir göstərməmək, ağır hərəkət etmək kimi göstərir. Bu azğın anlayışlar həmin insanların məntiqi mühakimələrinə və hadisələri qiymətləndirmələrinə əsaslı dərəcədə təsir göstərir. Belə ki, onların şüuru Allah yolunda üzləşdikləri çətinlik və ya təhlükədən qaçmağı özləri üçün bir qazanc, hətta Allahın bir neməti olaraq görəcək qədər qapanır:
Belələri həyatda lazımi işləri yerinə yetirən insanların onsuz da mövcud olduğunu əsas tutaraq, vicdanları rahatlatmağa çalışırlar. Lakin çətinlik və sıxıntı anları sovuşaraq, onların heç bir payının olmadığı zəfər anı gəldiyi zaman peşman olduqlarını bildirirlər, möminlərin sahib olduğu şərəfli məqamlardan nə qədər uzaq olduqlarını dərk edirlər:
Beləliklə, axirətləri üçün qazanacaqları çox böyük əcr fürsətlərini, yüksək məqamları da əldən vermiş olurlar.
Allah səmimi möminlərə onların arasında yaşayan bu zəif və ləng insanların mənfi təsirinə düşülməməsi, onların şövqlərinin, həvəs və əzminin qırılmaması üçün xəbərdarlıq edir və buna bənzər hərəkətlərdən çəkindirir:
Əlbəttə, daimi zəiflik həqiqi iman sahibi olan bir insana aid edilə bilməz. Lakin mömin müvəqqəti zəifliklərdən, laqeydliklərdən, məsuliyyətsizlikdən, vaxtaşırı nəfsinə tabe olmaq kimi mənfi hərəkətlərdən uzaq olmalıdır. Möminləri müxtəlif mövzularda göstərilmiş zəifliklərdən çəkindirən ayələrin bəziləri bunlardır:
Quranda tərif edilən ideal mömin isə bütün həyatı boyu istər sıxıntılı və çətin anlarında, istərsə də sıxıntısız və rifah dolu anlarında dinin mənafelərindən heç bir şəkildə geri çəkilməyən, bütün vəziyyətlərdə Allahın rizasını nəfsinin arzularına dəyişməyən bir insandır. O, öz şövq və həyəcanını, qətiyyətini heç bir halda itirməz, zəiflik göstərməz və boyun əyməz. Bu mömin insan modeli Quranda qədim millətlərdən nümunə gətirilərək belə tərif edilir:
Başqa bir ayədə isə axirət üçün ciddi-cəhdlə çalışmağın dəyərindən bəhs edilir: