Fasiqin xəbərinə əsasən hərəkət etməmək

Doğru yoldan çıxmış, Allaha üsyana söykənən həyat tərzini mənimsəyən fasiqdir. Bu səbəbdən ondan Quran hökmlərinə riayət etməyi, ədalət, doğruluq, dürüstlük, etibarlılıq kimi möminə xas xüsusiyyətləri gözləmək mümkün deyil. Həmçinin fasiq Allah qorxusu olmayan, möminlərin imanına qısqanclıqla yanaşan, möminləri yoldan çıxarmaq istəyən, onlara zərər vurmaqdan və əziyyət verməkdən zövq alan biridir. Buna görə də fasiqin möminlərə verdiyi xəbərin dəqiqliyi və doğruluğunun araşdırılması mütləqdir. Bu mövzu ilə bağlı ayədə belə buyurulur:

«Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa bilmədən bir qövmə  pislik edər, sonra da etdiyinizə peşman olarsınız!» («Hucurat» surəsi, 6).

Quranın meyar və tələblərinə əsasən fasiqdən gələn xəbərin doğruluğu araşdırılmadan hökm vermək, Allahın ayədə də bildirdiyi kimi, «cahilcəsinə» bir hərəkət olar. Həmçinin başqa bir ayədə iman gətirənlərə «Bilmədiyin bir şeyin ardınca düşmə» («İsra» surəsi, 36) qadağası qoyulmuşdur.

Geri